2000-ə yaxın keçmiş məcburi köçkün işğaldan azad edilmiş ərazilərdəki evlərində yaşayır
“Vətən səsi” xəbər verir ki, bu gün səhər saatlarında Füzuli şəhərinə ilk köç karvanı yola salınıb. Bununla da işğaldan azad edilmiş ərazilərdə məskunlaşdırılan yaşayış məntəqələrinin sayı 4-ə çatır. Bunlardan 2-si (Laçın və Füzuli şəhərləri) rayon mərkəzi, 2-si isə (Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış kəndləri) kənd tipli yaşayış məntəqəsidir.
Xatırladaq ki, “Böyük qayıdış” proqramına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə ilk köç ötən ilin iyul ayında Zəngilan rayonunun Ağalı kəndindən başlayıb. “Ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulan bu yaşayış məntəqəsinə indiyədək 9 dəfə köç karvanı yola salınıb. Avqustun 12-ə təsadüf edən sonuncu köç zamanı ümumi sayı 106 nəfər olmaqla 22 ailə 30 ildən sonra doğma yurdunda daimi yaşamaq imkanı qazanıb. Bütövlükdə isə yenidən qurulmuş bu yaşayış məntəqəsində daimi məskunlaşdırılan ailələrin sayı 108-ə (526 nəfərə) çatıb. Qarşıdakı aylarda Ağalı kəndinə köçürülmə davam etdiriləcək.
Bununla paralel olaraq Laçın şəhərində, habelə Zabux və Sus kəndlərində də pərpa və yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin də doğma yurduna köçürülməsi istiqamətində ardıcıl tədbirlər görülür. Bu tədbirlərin nəticəsidir ki, indiyədək Laçın şəhərində ümumi sayı 697 nəfər olmaqla 178 ailənin daimi məskunlaşdırılması başa çatıb. Yaxın vaxtlarda digər ailələrin də Laçın şəhərinə köçürülməsi, Zabux və Sus kəndlərinin daimi məskunlaşdırılması nəzərdə tutulub.
Bu il mart ayında ilk köçlə daimi məskunlaşdırılmış Tərtər rayonunun Talış kəndində isə hazırda 20 ailə (90 nəfər) yaşayır.
Bu gün ilk köç karvanının yola salındığı Füzuliyə gəlincə, Qarabağımızın ən iri və qədim yaşayış məntəqələrindən sayılan bu şəhər yenidənqurmadan sonra ilk məskunlaşdırılmış çoxmərtəbəli yaşayış binaları ilə tarixə düşür. Belə ki, bu gün köçürülən ailələr Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Füzuli şəhərində salınan yaşayış məhəlləsindəki çoxmərtəbəli binalarda məskunlaşacaq. Baş plana uyğun olaraq yenidən qurulan Füzuli şəhərinin mərkəzi hissəsində əsasən 5-6, bəzi ərazilərdə isə 4-5 mərtəbədən ibarət çoxmənzilli binalar tikilir. Proqnozlara görə, Füzuli şəhərində inşa ediləcək yaşayış binalarına təqribən 23-24 min nəfər məcburi köçkün köçürüləcək.Ümumilikdə Füzuli şəhərində inşa edilməsi nəzərdə tutulan mənzil fondu isə adambaşına 25 kvadratmetr olmaqla hesablanıb. Bu, o deməkdir ki, 50 000 nəfər əhali varsa, ümumi 1,5 milyon kvadratmetr mənzil fondu olacaq.
Xatırladaq ki, işğaldan azad olunmuş digər ərazilərdə də bərpa və yenidənqurma işləri sürətlə davam edir. Bu isə yurd həsrəti ilə yaşayan soydaşlarımızın doğma yurduna qayıdışını sürətləndirən mühüm şərtlərdən biridir. Məhz bunun nəticədir ki, “Böyük qayıdış” proqramını uyğun şəkildə indiyədək Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarına ümumilikdə 400-ə yaxın keçmiş məcburi köçkün ailəsi köçürülüb. Bu, 2000-ə yaxın insanın öz yurdunda daimi məskunlaşdırılması deməkdir. Bu ilin sonunadək doğma yurduna köçürüləcək əhalinin sayının 10 000 nəfərə çatdırlması nəzərdə tutulub.
Aşağıdakı cədvəldə indiyədək Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının işğaldan azad olunmuş ərazilərində daimi məskunlaşdırılmış əhalinin sayı barədə statistik göstəriciləri təqdim edirik:
Köçürülmə ünvanı |
Köçürülmə tarixi |
Köçürülənlərin sayı |
Müvəqqəti məskunlaşma ünvanı |
|
Ailə |
Nəfər |
|||
Zəngilan, Ağalı kəndi |
19.07.2022 |
10 |
48 |
Abşeron (Masazır) |
Zəngilan, Ağalı kəndi |
21.07.2022 |
10 |
58 |
Bakı, Sumqayıt, Abşeron |
Zəngilan, Ağalı kəndi |
23.07.2022 |
10 |
40 |
Bakı, Sumqayıt, Abşeron |
Zəngilan, Ağalı kəndi |
25.07.2022 |
11 |
55 |
Bakı, Sumqayıt, Abşeron |
Zəngilan, Ağalı kəndi |
07.09.2022 |
12 |
63 |
Bakı, Sumqayıt, Abşeron |
Zəngilan, Ağalı kəndi |
10.09.2022 |
13 |
62 |
Bakı, Sumqayıt, Abşeron |
Zəngilan, Ağalı kəndi |
28.02.2023 |
10 |
50 |
Sumqayıt, Abşeron |
Zəngilan, Ağalı kəndi |
03.03.2023 |
10 |
44 |
Bakı, Sumqayıt, Abşeron |
Tərtər, Talış kəndi |
16.03.2023 |
20 |
90 |
Bakı, Bərdə, Tərtər, Samux, Goranboy |
Laçın şəhəri |
27.05.2023 |
20 |
97 |
Abşeron və Sumqayıt |
Laçın şəhəri |
14.06.2023 |
22 |
72 |
Abşeron və Sumqayıt |
Laçın şəhəri |
25.06.2023 |
15 |
53 |
Bakı (“Qobu park-3”) |
Laçın şəhəri |
13.07.2023 |
23 |
85 |
Bakı (“Qobu park-3”) |
Laçın şəhəri |
18.07.2023 |
18 |
73 |
Bakı (“Qobu park-3”) |
Laçın şəhəri |
22.07.2023 |
22 |
79 |
Bakı (“Qobu park-3”) |
Laçın şəhəri |
25.07.2023 |
19 |
89 |
Bakı (“Qobu park-3”) |
Laçın şəhəri |
28.07.2023 |
16 |
56 |
Bakı (“Qobu park-3”) |
Laçın şəhəri |
09.08.2023 |
23 |
93 |
Bakı (“Qobu park”) |
Zəngilan, Ağalı kəndi |
12.08.2023 |
22 |
106 |
Bakı, Sumqayıt, Abşeron |
Füzuli şəhəri |
18.08.2023 |
23 |
90 |
Bakı (“Qobu park”) |
Elxan SALAHOV