Bu, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əksini tapıb.
Tədbirlər Planına əsasən, 2022-2026-cı illərdə Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarında 34500 mənzil və fərdi yaşayış evinin inşa olunması nəzərdə tutulur.