21.09.2024, 21:20
AZ EN
21.07.2023, 12:44 286

Daşaltıda hotel və istirahət mərkəzini “PMD Group” MMC tikəcək

QARABAĞ
  • Şuşa rayonunun Daşaltı kəndində öz vəsaiti hedabına hotel və istirahət mərkəzi tikəcək yerli investisiyalı şirkətin adı məlum olub.

“Vətən səsi” xəbər verir ki, bu, 2013-cü ildən fəaliyyət göstərən və hazırda ölkənin ən böyük daşınmaz əmlak şirkətlərindən biri olan “PMD Group” Məhdud Məsuliyyətli Cəmiyyətdir (MMC). Şirkətin Daşaltıda kəndində milli üslubda hotel və istirahət mərkəzi tikməsi üçün 2,4 hektar torpaq sahəsi ayrılıb. Özəl sektor üçün investisya zonasında turizm obyektləri ilə yanaşı yaşayış evlərinin də tikintisi nəzərdə tutulub. “PMD Group” MMC tərəfindən yerinə yetiriləcək hotel kompleksi 10 ədəd ikimərtəbəli binadan ibarət olacaq. Ümumilikdə 48 nömrədən ibarət olacaq hotel kompleksində restoran, əyləncə və idman-sağlamlıq mərkəzləri, uşaqlar üçün oyun meydançası, istirahət parkı yaradılacaq.

Xatırladaq ki, hazırda inşası davam edən “Ağdam Rezidens” yaşayış kompleksinin də tikintis “PMD Group” MMC-yə həvalə olunub.

Qeyd edək ki, Prezident İlham Əliyev iyulun 21-də Şuşa rayonunun Daşaltı kəndinin yenidən qurulması ilə bağlı görüləcək işlərlə tanış olub, burada özəl investisiya hesabına inşa ediləcək yeni yaşayış kompleksinin və turizm obyektlərinin təməlini qoyub.

Elxan SALAHOV

Oxşar xəbərlər