"Vətən səsi" xəbər verir ki, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri Qarabağ və Şərqi Zəngəzurun bütün ərazilərini əhatə edir. Həmin işlərin davamı kimi Xocalı və Ağdərə rayonlarında da genişmiqyasılı quruculuq işləri görülür. Artıq Xocalı rayonunun Daşbulaq, Xanabad, Naxçıvanlı, Seyidbəyli və Ağdərə rayonu Dəmirli, Heyvalı, Aşağı Oratağ, Çapar kəndlərində də fərdi yaşayış evləri təmirinə başlanıb. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında da bərpa və tikinti işləri geniş vüsət alıb. Həmin ərazilərdə bəzi yaşayış zonalarının bərpası ilə bağlı işlər demək olar ki, yekunlaşıb.
Elxan SALAHOV