Qazobeton zavodunun direktoru Cavid Qurbanov bildirib ki, istehsal gücü birinci mərhələdə illik 120 min kubmetr olacaq müəssisə gələn il istifadəyə veriləcək.
“Zavodda gündəlik bir xətt üzrə 200 kubmetr, iki xətt üzrə isə 400 kubmetr qazobeton istehsal ediləcək. Fəxr edirik ki, Qarabağın tikintisində bizim də faydamız, rolumuz olacaq”, – deyə müəssisənin direktoru bildirib.
Qeyd edək ki, Ağdam sənaye parkında 25 sahibkarlıq subyekti qeydiyyatdan keçib. İnvestorlar tərəfindən Sənaye Parkına 175 milyon manatdan çox investisiyanın yatırılması, 1600-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur. Hazırda 10-dan çox rezident tikinti-quraşdırma işləri həyata keçirir. (AZƏRTAC)