Heydər Əliyevin açılışını etdiyi dəmir yolu xətti qələbə qatarımızı son stansiyaya çatdırdı
Vaxtı ilə həyati əhəmiyyətli obyektlərin tikintisi həlledilməz problem kimi danışılırdı, təqdim edilirdi. Uzun illər Xankəndi şəhərinə dəmiryol xəttinin çəkilməsi planlaşdırılsa da amma o dövrdə radikal ermənilər buna süni əngəllər yaradırdı. Nəhayət, 1979-cu ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bu məsələ də həll olundu.
45 il əvvəl, Heydər Əliyev Ağdam-Xankəndi dəmir yolu xəttinin açılışında iştirak etdi...
Qarabağın inkişafına hər zaman xüsusi diqqət yetirən Heydər Əliyev Qarabağ bölgəsinə dəmiryol xəttinin çəkilməsinə də xüsusi əhəmiyyət verirdi. Bakı-Yevlax-Xankəndi dəmiryol xəttinin çəkilməsi Qarabağ bölgəsinin sosial-iqtisadi və mədəni inkişafıni daha da sürətləndirdi.
Bu dəmiryolu o vaxtkı Dağlıq Qarabağ vilayətini Azərbaycanın qalan şəhərləri ilə birləşdirir ki, bu da nəinki maddi-texniki təchizatı yaxşılaşdırmağa həm də regionun iqtisadi göstəricilərinin əhəmiyyətli dərəcədə artmasına nail olmağa imkan verirdi. Bu da məhz Ümummilli liderin səyləri nəticəsində əldə olunmuşdur. İşğal dövründə isə mövcud dəmiryol xətləri dağıdıldı, yollar, stansiyalar, ərazidəki vaqonlar, lakomatik evlər və digər qurğu və abadanlıqlar tamamilə məhv edildi.
Birinci Qarabağ müharibəsi dövründə ermənilərin işğalçılıq siyasəti nəticəsində Azərbaycanın bütün iqtisadi sahələri kimi dəmiryol təsərrüfatına da ciddi ziyan dəydi. 30 illik işğaldan sonra Azərbaycanın müzəffər Ali baş komandanın rəhbərliyi altında işğaldan azad edilmiş bütün torpaqlarımızda yenidən həyat canlanır, böyük tikinti-quruculuq işləri aparılır.
Bərdə-Ağdam dəmiryol xətti Yevlax-Xankəndi dəmiryolunun bir hissəsidir. Bu yol 1991-ci ildə Xankəndinin, 1993-cü ildə isə Ağdamın işğalı nəticəsində istifadəyə yararsız hala düşdü. Həmin vaxtdan sonra 30 ilə yaxın müddətdə qatarların son dayanacağı Tərtər rayonun Köçərli satansiyası olub. İndi isə bölgədə sürətli quruculuq, yenidənqurma işləri icra olunur.
Bərdə-Ağdam layihəsinin isə tam olaraq gələn ilin ortasında tam təhvil verilməsi planlaşdırılır. Qeyd olunan yolun davamı olaraq Ağdam-Xankəndi dəmiryolunun layihələndirmək işlərinə başlanılıb. Və artıq yerində baxış keçirilərək dəmiryolunun marşrutu ilkin olaraq müəyyən olunub.
Bir vaxtlar Xankəndinə dəmiryol xəttinin çəkilməsinə etiraz edənlərlə Zəngəzur dəhlizinə qarşı çıxanlar eyni təfəkkürə sahib insanlardır. Regiondakı proseslərdən asılı olmayaraq Ümumimilli lider Heydər Əliyevin layiqli davaçısı İlham Əliyev tərəfindən bu istəyimiz də reallaşacaq.
Günel QULİYEVA