22.06.2025, 21:36
AZ EN
22.08.2022, 13:28 481

ANAMA: Azad olunan ərazilərdə daha 379 mina aşkarlanıb

QARABAĞ
  • Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik olan məlumatı açıqlayıb.

ANAMA-dan bildirilib ki, avqustun 15-dən 20-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 239 piyada əleyhinə mina, 140 tank əleyhinə mina və 125 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 562 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Oxşar xəbərlər