Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya İdarəsinin rəis müavini Zamin Əliyev Bakıda keçirilən “Özbəkistan və Azərbaycan: əməkdaşlığın yeni üfüqləri” adlı Dəyirmi masada deyib.
Onun sözlərinə görə, hazırda ölkələr həm də ticarət dövriyyəsini artırmağa çalışırlar: “Müharibədən sonra yeni reallıqlar formalaşıb, biz Özbəkistanın işğaldan azad edilmiş ərazilərin bərpası prosesində mövqeyini və dəstəyini yüksək qiymətləndiririk”.
O əlavə edib ki, Özbəkistan işğaldan azad edilmiş ərazilərin bərpasında Azərbaycana ilk yardım edən ölkələrdən biri olub: “Belə ki, Füzulidə 940 uşağın təhsil alacağı məktəb inşa ediləcək”.
Z.Əliyev qeyd edib ki, Zəngəzur dəhlizinin açılması Azərbaycanın tranzit imkanlarının inkişafı üçün əlavə imkanlar yaradacaq. (Report)