22.11.2024, 08:17
AZ EN
19.08.2022, 13:25 418

“La Gazette”: Azərbaycanlı professor 30 il sonra doğma şəhəri Şuşaya qayıdıb

QARABAĞ
  • Fransanın “La Gazette” portalı azərbaycanlı professor Elçin Əhmədovun 30 il sonra doğma şəhəri Şuşaya qayıtması barədə yazı hazırlayıb.

“Professor Əhmədov 30 il sonra doğma şəhərinə qayıdır” başlıqlı yazıda və qısa süjetdə azərbaycanlı elm xadiminin doğma yurduna dönüşündən bəhs edilir.

“Şuşada anadan olmuş professor Elçin Əhmədov Azərbaycanın və bütün Qafqazın mədəniyyət paytaxtı olan şəhərdə uşaqlıq illərinin izlərini tapmaq üçün doğma yurduna qayıdır”, - yazıda bildirilir.

Yazıda qeyd edilir ki, Şuşa 30 il Ermənistan silahlı qüvvələrinin işğalı altında olub və iki il əvvəl Azərbaycan ordusu tərəfindən azad edilib. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR