21.11.2024, 16:57
AZ EN
23.07.2024, 09:00 272

Xankəndiyə həyat qayıdır

QARABAĞ
  • Xankəndidə açılışa hazırlaşan bir müəssisə də var ki, onların məqsədi Qarabağı işıqlandırmaqdır. İyulun 7-də isə ilk yerli müəssisənin açılışı olub. “İşıq varsa, həyat var” şüarı ilə fəaliyyət göstərən “Zəfəroğlu Elektrik” şirkətində Bakı, Gəncə və Xankəndi filiallarında ümumilikdə 50 nəfər çalışır. Bu gün Xankəndi ofisində 11 nəfər işlə təmin olunub. Xankəndidə açılan ilk istehsal müəssisəsi xeyriyyəçi iş adamları Hacı İbrahim Mustafayevə və Zəfər Məmmədova məxsusdur.

          Sadiq Murquzov, işçi:

-Xankəndidə istehsalatımız led lampaların yığılışıdır. İlk öncə plataya iynələr daxil olur, sonra gövdə, sonra isə sokollanır, axırda isə kleylənir, qapanır. Sonra qablaşdırma, sonra isə satışa buraxılır. Mən burda işlədiyimə görə çox şadam və burda işlədiyim üçün çox qürur duyuram.

Gələcəkdə isə burada müxtəlif növ lampalar istehsal edilərək satışa buraxılacaq.

Şəlalə Rzayeva, anbardar:

-Biz ilk öncə led lampların istehsalına başlamışıq. 2500, 3000-ə yaxın lampa istehsal edirik. Hələ ilkin olaraq led lampalar ishetsal edirik. Gələcəkdə planlarımız var ki,  sput lampalar, projektorlar və de lampaların istehsalına başlayacağıq.

Xankəndidə inkişaf edən sahələri gördükcə qürur hissi keçirməmək mümkün deyil. Hazırda Ağdərə, Xankəndi, Xocalıda ticarət, ictimai-iaşə, məişət xidməti və digər istiqamətlərdə müəssisələrin bərpası Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilir. Həmçinin sahibkarlara lazımi şərait yaradılır. Amma bu hələ başlanğıcdı.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər