21.11.2024, 22:09
AZ EN
18.03.2022, 18:00 187

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 11 hidroloji stansiyanın quraşdırılır

QARABAĞ

"Respublikanın hidrometeoroloji müşahidə şəbəkəsi avromatlaşdırılır. Son iki il ərzində çaylarda olan dinamikanı izləmək, sonrakı dövr üçün çayların hidroloji vəziyyətinə dair proqnozların keyfiyyətini artırmaq məqsədilə respublikanın 25 məntəqəsində müasir avtomat hidrometeoroloji stansiya quraşdırılıb. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 11 hidroloji stansiyanın quraşdırılması istiqamətində işlər görülür. İyuna qədər həmin stansiyaların instalyasiyası gözlənilir. Bütün bunlar proqnozların dəqiqliyinə xidmət edəcək."

Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Ekologiya və Təbii Sərvətlər Nazirliyinin feysbuk səhifəsi üzərindən canlı yayımlanan “Ekspert saatı”nda belə deyib.  O qeyd edib ki, şəbəkənin modernləşdirilməsi ilə yanaşı, işçilərin kadr potensialının artırılması da hədəf kimi qarşıya qoyulub. Eyni zamanda, proqnozların dəqiqliyinə xidmət göstərən rəqəmsal lokal hava modellərinin Azərbaycanda tətbiqi də yaxın gələcəkdə hədəflərimizdən biridir”.

Oxşar xəbərlər