Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.
"Artıq 3 məhəllənin təməli qoyulub. İki məhəllədə işlərə başlanılıb. Daha 3 məhəllənin yaxın zamanda təməli qoyulacaq. Gələn ilin əvvəlində bütün bu tikinti işlərinə başlanılacaq. 2025-ci ilin ortasından başlayaraq biz Ağdam şəhərinə və onun ətraf kəndlərinə məskunlaşmanı həyata keçirə bilərik", - deyə Emin Hüseynov bildirib. (APA)