Qarabağda və Şərqi Zəngəzurda yollarımızla bağlı vəziyyətdən danışarkən bildirib ki, işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışa dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planında Azərbaycan Avtomibil Yolları Agentliyi tərəfindən 2022-2026-cı illər ərzində 20 avtomibil yol layihəsinin və Laçın rayonunda Beynəlxalq Hava limanının tikintisi ilə bağlı qazma, partlatma və torpaq işlərinin yerinə yetirilməsi nəzərdə tutulmuşdur: “Bu istiqamətdə işlər həyata keçirilir. Qeyd edim ki, artıq bu layihələrdən beşinin tikintisi yekunlaşdırılıb. 2020-ci ildə Tərtər-Suqovuşan-Çaylı avtomçobil yolu, Talış avtomobil yolunun tikintisi yekunlaşmışdır. 28, 5 km uzunluğunda, 2021-ci ildə Zəfər yolunun tikintisi yekunlaşdırılıb. 101 km təşklı edən. 2022-ci ildə uzunluğu 22 km təşkil edən Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolunun tikintisi uğurla icra olundu və 2023-cü ildə Talış-Tapqaraqoyunlu Qaşaltı sanatoriyası 22 km uzunluğunda yeni avtomobil yolunun tikintisi aparılıb yekunlaşdırıldı. Qeyd edim ki, bu avtomobil yolu 2021-ci ildə istifadəyə verilmişdi, daha doğrusu, 2020-ci ildə istifadəyə verilmiş Tərtərçayı-Suqovuşan-Talış avtomiobil yolunun davamıdır. Tətrər Suqovuşan avtomoobil yolu yalmız Tərtər şəhərindən həmin istiqamətdə gediş-gəlişə imkan verirdi. Amma yeni yolun, yəni Talışdan Tapqaraqoyunlu- Qaşaltı istiqamətindən Naftalan şəhərinə doğru yeni avtomobil yolunun tikintisi, artıq Naftalan şəhərindən də bu istiqamətdə alternativ olaraq gediş-gəliş təmin olundu. Bu da həmin ərazini, həmin bölgənin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Ümumiyyətlə, avtomobil yollarının tikintisi mühüm infrastruktur layihələrindən biridir. Belə ki, birbaşa digər tikinti işləri məhz avtomobil yollarının tikintisindən asılıdır. Gediş-gəliş rahat olandan sonra digər infrastruktur layihələrin icrası daha da sürətlənir”.
Anar Nəcəfov daha sonra qeyd edib ki, bu il may ayında dövlətimizin başçısının Füzuli rayonuna səfəri çərçivəsində Füzuli-Hadrut avtomiobil yolunun tikintisinin yekunlaşdırılması ilə bağlı açılış mərasimi keçirildi: “Prezidenti orada iştirk etdi. Həmin avtomobil yolunun uzunluğu 12 km təşkil edir. Birinci texniki dərəcəyə uyğun olaraq həmin yolun inşası həyata keçirilib. Qeyd edim ki, ümumilikdə bu avromibil yollarının ümumi uzunluğu hardasa, 210 km təşkil edir. Bura həm də Şükürbəyli-Cəbrayiıl-Hadrut avtomobil yolunu daxil etmək olar, daha doğrusu, onun bir hissəsinə. Həmin avtomobil yolunun 2022-ci ildə Cəbrayıl şəhərinə qədər olan 14,2 km olan hissəsi istifadəyə verilmişdi. 2023-cü ildə isə Füzuli-Hadrut avtomobil yolu ilə yanaşı, onun digər hissəsi də Hadrut qəsəbəsi istiqamətində 8, 2 km olan hissəsi də tikilib istifadəyə verildi. Ümumilikdə həmin yolun uzunluğu 39, 7 km təşkil edir.Artıq 23 kilometri tam olaraq hazırdır. Digər hissəsinin tikintisinin yekunlaşdırılması isə bu ilin sonuna qədər tam olaraq planlaşdırılır. Ümumilikdə bizim tədbirlər planına uyğun olaraq hal-hazırda davam edən 16 layihədən 11-nin icarasının bu il yekunlaşdırılması tərəfimizdən planlaşdırılır. Cəmi 5 layihə qalır. Digər layihələr də var ki, hal-hazırda o istiqamətdə mobilizasiya işləri həyata keçirilir. Ağdam şəhərinin daxili yollarının tikintisidi və Hindarx-Ağcabədi avtomobil yollarının tikintisidir ki, həmin layihələri daxil etsək, artıq 18 avtomobil yolu layihəsi olur. Amma Böyük Qayıdışa dair Birinci Dövlət Proqramında məhz 20 avtomobil yol layihəsinin icrası nəzərdə tutulub ki, qeyd etdiyimiz kimi, artıq 5-nin tikintisi yekunlaşıb, 16 layihədən 11-nin icrasını bu ilin sonuna qədər, gələn ilin əvvəlinə planlaşdırılır. Təqribən götürsək, 2024-cü ildə 2 avtomobil yol layihəsinin yekunlaşdırılması, 2025-ci ildə isə 3 avtomobil yolunun tikintisinin yekunlaşdırılması planlaşdırılır. Bu il tikintisi yekunlaşdırılan Xudafərin-Qubadlı-Laçın avtomobil yolu nəzərdə tutulur. Həmin yolun uzunluğu 70,4 kilometrdi. Bundan başqa, Şükürbəyli-Cəbrayıl-Hadrut və Kəlbəcər-Laçın rayonları ərazisində müxtəlif təyinatlı avtomiobil yollarının tikintisi də həyata keçirilir. Bu həm çınqıl əsaslı olmaqla tikilir, həm də ki, asvalt-beton örtüklü olmaqla inşaası həyata keçirilir. Həmin avtomobil yolunun ümumi uzunluğu hardasa, 1182 km təşkil edir. Bu ilin sonuna kimi tam olaraq bu layihənin də icrası yekunlaşdırılacaq. Ümumilikdə tikintisi başa çatdırılan, tikintisi davam edən avtomobil yol layihələrinin hamısını nəsərdə tutsaq, 2000 km-dan çox yolun tikintisi təzərdə tutulub. İnşallah, bu mərhələli şəkildə icrası yekunlaşdırılacaq. Bizim ən mühüm avtomobil yol layihələrimzdən biri Əhmədli-Füzuli-Şuşa avtomobil yol tikintisidi, Zəfər yoluna paralel olaraq inşa olunur. 4 və 6 hərəkət zolaqlıdır. Birinci texniki dərəcəyə uyğun olaraq inşa olunur. 81,6 km-dir. Həmin avtomobil yolunda artıq tam olarq deyə bilərik ki, 50 faiz işlərin icrası yekunlaşdırılıb. Həmin avtomobil yolu əslində, 2024-cü il istifadəyə verilməsi planlaşdırılır. Burda çox böyük mühəndis qurğularının, inşaası nəzərdə tutulub ki, bu istiqamətdə də işlər həyata keçirilir”.
Hazırladı: Tahirə AĞAMİRZƏ