Bunu Şuşada Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin işğaldan azad olunmuş ərazilərdə xidməti rəisi Oqtay Həziyev deyib.
O qeyd edib ki, Şuşa şəhərinin 1800 kubmetrlik su anbarı var. Hazırda həmin anbardan Şuşa şəhərini içməli su ilə tam təmin etmək mümkündür. “Qurulan nasos stansiyasından sonra Şuşaya köçəcək insanların içməli su problemi olmayacaq. Çünki şəhərin daxilində müasir standartlara cavab verən su təchizatı sistemi qurulur. Şuşa şəhərində hər birinin tutumu 500 kubmetr olan üç anbar da inşa olunur. Çalışırıq ki, Şuşa şəhəri gələcəkdə içməli su ilə fasiləsiz təmin olunsun”,-deyə o söyləyib. (AZƏRTAC)