Xoca Mərcanlı məhəlləsində yerləşən karvansaray Respublika əhəmiyyətli memarlıq abidəsidir.
Səfərov qardaşları karvansarayı kimi tanınan bu məşhur karvansaray XIX əsrdə Şuşanın adlı-sanlı taciri Haci Murtuza Səfərov tərəfindən oğlanları - Əhəd, Səməd, Mürsəl və Manafın şərəfinə inşa etdirilib.
Zamanında Şuşa şəhərinin ən böyük karvansarayı olan abidənin inşasında Şuşanın məşhur memarı Kərbalayi Səfixan Sultanhüseyin oğlu Qarabağinin böyük rolu olub.
İşğal dövründə erməni vandalizminə məruz qalan torpaqlarımızdakı qədim tarixi abidələrimiz kimi bu karvansaray da erməni vəhşiliyi nəticəsində dağıdılıb.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən sonra Qarabağ yeni mərhələyə - dirçəliş mərhələsinə qədəm qoyub. Bərpası nəzərdə tutulan abidə və tikililərin içində Səfərov qardaşlarının karvansarayının da olacağı şübhə doğurmur.
Tahirə AĞAMİRZƏ