Azərbaycan Respublikasının Ağdam rayonunun Pərioğlu kəndi XIX əsrdə salınmışdır. Belə ki, yayı Qərbi Azərbaycanın Basarkeçər mahalının Qaraqız (Qara Oğuz) yaylağında, qışı kəndin öz ərazisində keçirən bir elatın adından götürülmüşdür. Kəndin tam adı Pərioğlularıdır. Tədqiqatçılar qeyd edirlər ki, XIX əsrdə burada Pərioğlular adlı iki kənd vardır. Hindarxkənd icmasında, digəri Ağdam kənd icmasında. Mənşəcə XIX əsrin I yarısında yaşamış (1811-ci ildə doğulmuş, ölüm tarixi məlum olmayan, gənc yaşlarından Şuşada yaşayan) Aşıq Pəri Maralyanlının "Pərioğlular" adlanmış oğlanlarına mənsub maldar ailələrə verilmiş addır. Uzun illər işğalda qalan kənd 20 noyabr 2020-ci ildən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nəzarətindədir.
İsa Musayev