21.09.2024, 09:34
AZ EN
22.12.2023, 08:29 223

Ağdam rayonu, Sofulu kəndi

QARABAĞ
  • Sofulu, Azərbaycan Respublikasının Ağdam rayonunun Boyəhmədli kənd inzibati ərazi dairəsindədir.

Sofulu kəndi Xaçınçayın sahilində, dağətəyi düzənlikdə yerləşir.

Yaşayış məntəqəsinin adı azərbaycanlıların kəngərli elinin sofulu tayfasının bu ərazidə məskunlaşması nəticəsində yaranmışdır.

Heyvandarlıqla məşğul olan sofulular keçmişdə yayı  Sisyan (Qarakilsə) rayonunda, qışı isə Qarabağda keçirirdilər.

Kənd 1993-ci il iyunun 26-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər