24.06.2025, 00:20
AZ EN
28.06.2023, 11:00 347

Ağdam rayonu, Poladlı kəndi

QARABAĞ

Azərbaycan Respublikasının Ağdam rayonunun Poladlı kəndi Qasımlı kənd inzibati ərazi dairəsinə daxildir. Kənd Qarqar çayının sahilində yerləşir. Oykonim şahsevənlərin şıxlı, əbubəyli, quzanlı, yurdçu, dursunxocalı, təklə və yekəli tirələrindən ibarət olmuş poladlı qolunun adı ilə bağlıdır. XIX əsrin əvvəllərində poladlılar 800 alaçıqdan ibarət olmuşdur. Türkəsilli şahsevənlərin poladlı qolunun adı çox güman ki, Polad şəxs adı ilə bağlıdır.

İsa Musayev

Oxşar xəbərlər