01.07.2025, 10:12
AZ EN
21.06.2023, 09:00 385

Ağdam rayonu, Qalayçılar kəndi

QARABAĞ

Azərbaycan Respublikasının Ağdam rayonunun Əlimədətli kənd inzibati ərazi dairəsində olan Qalayçılar kəndi 1930-cu ilə qədər Yelizavetpol quberniyasının Cavanşir qəzasının tərkibində olmuşdur. Rayon mərkəzindən 26 km şimal-qərbdə, Ağdam-Ağdərə şose yolundan 4 km aralı, Qabartı çayının hər iki sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Kənddə 2 mağaza, orta və ibtidai məktəb, tibb məntəqəsi, klub və uşaq bağçası və s. fəaliyyət göstərmişdir. Uzun illər işğalda qalan Qalayçılar kəndi 20 noyabr 2020-ci ildən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nəzarətindədir.

İsa Musayev

Oxşar xəbərlər