18.10.2024, 16:23
AZ EN
20.05.2023, 13:34 211

Xocavənd rayonunun tarixi abidələri, Müqəddəs İohann kilsəsi

QARABAĞ

Müqəddəs İohann kilsəsi Xocavənd rayonunun Tuğ kəndində yerləşir. Bu tarix-memarlıq abidəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Ümumi xüsusiyyətləri və nisbətləri ilə Xocalı rayonunun Çanaqçı kəndindəki kilsəni xatırladır. Kilsənin kitabəsində deyilir: "1185-ci ilin (1736) yayı. Müqəddəs İohann kilsəsinin damı vardapet Qukasın oğlu Məlik Yeqan tərəfindən bərpa edilmişdir. Kim oxusa heç olmasa bir dəfə desin: Allah rəhm elə. "Ən geci XIII əsrdə inşa edilmiş bu kilsə də Tuğdakı Müqəddəs Stefan kilsəsi kimi daha qədim dövrə aid məbədin yerində tikilmişdir. Kilsə böyük mailliyə malik ərazidədir. Kilsənin yeganə qapısı cənub divarında, daş qala divarları ilə əhatə olunmuş kiçik həyətdən açılır. 12,9 x 21,7 metr ölçülərə malik zalın tavanı yerli daşlardan hazırlanmış dörd pilona söykənir. Həyətin cənub tərəfində ikimərtəbəli bina vardır. İkinci mərtəbədəki qapı həyətə açılır, birinci mərtəbə isə yalnız həyətdən görünür.

İsa Musayev

Oxşar xəbərlər