22.11.2024, 01:52
AZ EN
10.02.2023, 11:10 345

Malıbəyli və Quşçular qətliamından 31 il ötür

QARABAĞ
  • Bu gün Malıbəyli və Quşçular qətliamının 31-ci ildönümüdür. Xatırladırıq ki, 1992-ci ilin 10-12 fevralında erməni silahlı birləşmələrinin Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərinə hücumu nəticəsində təxminən 50-yə yaxın dinc azərbaycanlı qətlə yetirilib.

Şuşa rayonunda əhali tərkibi azərbaycanlılardan ibarət olan Malıbəyli və Quşçular kəndi rayonun inzibati mərkəzi olan Şuşa şəhərinə yaxın dağlıq ərazidə - yaylaqlarda yerləşirdi. Kəndlərdə təxminən 4 000 nəfərə yaxın əhali yaşayırdı.

Qarabağ müharibəsi başlanandan bu kəndlər erməni silahlı birləşmələrinin əsas hədəfinə çevrilmişdi. 1991-ci ilin oktyabr ayından Malıbəyli kəndi tamamilə mühasirədə idi.

Fevralın 5-də kəndlərin üzərində uçan helikopter vasitəsilə sakinlərə üzərində yaşayış yerlərini tərk etmək üçün iki gün vaxt verildiyi yazılan bildirişlər paylanılıb. Ərazi 1991-ci ildən mühasirədə olduğu üçün yeganə giriş-çıxış helikopterlə mümkün olub. Şuşaya uçan axırıncı helikopter isə yanvarın 28-də ermənilər tərəfindən vurulmuşdu.

Fevralın 10-u gecə yarısı erməni silahlı birləşmələri Malıbəyliyə hücum edib. Həmin vaxt qadın və uşaqlar Quşçular kəndinə pənah aparıb. Bütün evlər yandırılıb. hər iki kəndin sakinləri səhərə qədər düşmənlə vuruşub.

Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərindəki qətliamdan sonra yüzlərlə günahsız azərbaycanlının qanı axıdılan Qaradağlı, Ağdaban soyqırımları və əsrin ən böyük faciələrindən olan Xocalı soyqırımı baş verib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR