19.04.2024, 09:49
AZ EN
16.04.2023, 10:05 240

Füzuli rayonu, Aşağı Veysəlli kəndi

QARABAĞ

Azərbaycan Respublikası Füzuli rayonunun Veysəlli kənd inzibati ərazi dairəsinə daxil olan Aşağı Veysəlli kəndi Şuşa xanlığının Vərəndə ərazisinin Veysəlli obası "Kor bulaq"ın üstündə yerləşmişdir. 1830-1840-cı illərdə erməni-müsəlman davası vaxtı Qızıl qaya ətəyinə köçən Veysəlli tayfasının bir hissəsi əvvəlki yurdlarına yox, bir az aşağı, "Qara Kəhriz"in üstündə olan Köyək dağının ətəyinə qayıdaraq məskən salmışdılar. Səttarxan hərəkatı zamanı Cənubi Azərbaycanın müxtəlif şəhərlərindən Qarabulaq dairəsinin türk obalarına türklər axışmağa başlamışdır. Cənubi Azərbaycanın Təbriz şəhərindən veysəlli obasına gələnlər Həşimilər tayfası olmuşdur. Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik, maldarlıq və heyvandarlıq idi.

İsa Musayev

Oxşar xəbərlər

SON XƏBƏRLƏR