19.04.2024, 22:17
AZ EN
15.12.2022, 11:29 319

Fars rejimini diz çökdürən Türk qadını TOMRİS

QARABAĞ
  • Azərbaycanın ilk qadın hökmdarı olan Tomris Xatunun rəhbərlik etdiyi Massaget çarlığı Dərbənddən Şirvana qədər olan Azərbaycan torpaqlarında yerləşirdi.

Massagetlər əvvəlcə Midiya dövlətinə tabe idilər. Lakin fars Əhəmənilər türk madayların hakimiyyətini zəbt etdikdən sonra mərd massagetlər onlara tabe olmayaraq özlərinin müstəqil bəyliklərini qurmuşdular. Mərkəzləşdirilmiş Qafqaz Albaniyası yaradıldığı zaman isə massagetlər onun tərkibinə daxil olmuşdular...

Tarix boyu türk qadınları həm ana, həm uşaq, həm həyat yoldaşı, həm də qəhrəman olmağı bacarıblar. Türk tarixinin ilk qadın hökmdarı  eramızdan əvvəl VI əsrdə yaşamış Tomis Xatun uşaqlıqdan at sürməyi, qılınc oynatmağı çox yaxşı bacarırdı. Ox və yay atmaqda usta olan Tomris əri öləndən sonra böyük dövlətin başına keçir, adını tarixə yazdırır. Fars imperiyasını məğlub edərək böyük uğur qazanan İskitsaxa türklərinin baş komandanı Tomris Xatun yuxarıda da qeyd etdiyimiz kimi, mənbələrdə Tomris Xatunun VI əsrdə yaşadığı və adı dünya tarixinə qızıl hərflərlə yazılmış ilk qadın hökmdarıdır. Tomris sözünün mənası türkcə dəmir deməkdir. İsketlərin böyük hökmdarı Alpər Tonqanın nəvəsi Tomris  Xatun ərinin ölümündən sonra İskitlərə başçılıq etməyi öz üzərinə götürür. Orta Asiya İskit türklərindən olan Massaket tayfasının nümayəndəsi olan Tomris Xatun farsların amansız hökmdarı Kirlə evlənməkdən imtina etdikdən sonra Kirin müharibəyə hazırlaşdığını eşidir. Herodatın yazdığına görə, Kir Babili ələ keçirdikdən sonra İskitlərə qarşı yürüşə çıxır. Özü də Tomrisin yanına elçi göndərib onunla evlənmək istədiyini bildirir. Lakin Kirin əsas məqsədinin iskitlərin hakimiyyətini ələ almaq olduğunu başa düşən Tomris Xatun onun xahişini qəbul etmir. Fars padşahı bu hiylə ilə İskitləri ram edə bilməyəcəyini anlayınca əsl niyyətini göstərərək ordusuna hərəkət əmri  verib düz Araz çayının sahilinə gətirir. Sonra ordusunun çaydan keçməsi üçün körpü tikdirir və bu yolla çayı keçirlər. Bir müddət sonra Tomris Xatun Kirə elçi göndərərək onlara hücum etməməyə çağırır. Elçilər söyləyir ki, Tomris Xatun deyir: “Əgər Kir bu fikrindən dönməzsə, yolunu davam etməsin”. Fars padşahının əsir alıb özü ilə götürdüyü  kral Kirə İskitləri məhv etmək üçün plan qurmasını məsləhət görür. Bu plana uyğun olaraq Kirə  böyük bir ziyafət təşkil etməyini və plana əsasən fars ordusunun zəif əsgərlərini ziyafətdə qoyub qalan ordusu ilə geri, yəni çaya doğru çəkilməsini  söyləyir.Ziyafəti görən İskitlər hücuma keçib təşkil etdikləri ziyafətdən bəhrələnmək istədiklərini və onların zəif məqamından istifadə edərək çay kənarında olan fars ordusuna hücuma keçmələri tapşırılır. Ziyafəti görən Tomrisin ordusunun üçdə biri həmin yerə gələrək ordakı fars əsgərlərini öldürüb, süfrədəki yeməklərlə qarınlarını doğurmağa başlayırlar. Yemək zamanı içdikləri şərabın təsirindən sərxoş olan İskit əsgərləri bir müddət sonra yuxuya gedirlər. Vəziyyəti görüb pusquda duran fars ordusu İskit əsgərlərin üzərinə hücuma keçərək onların bir qismini öldürür, bir qismini isə əsir götürür. Əsirlər arasında Tomrisin oğlu Sparqat da vardı. Bir müddət sonra oğlunun və əsgərlərinin bir hissəsinin öldüyünü öyrənən Tomris xatun Kirə məktub göndərir: ”Baş verənlərlə  fəxr etmə. Cəsarətlə deyil, hiylə ilə qalib gəldin. Oğlumun cənazəsini mənə qaytarın və ordumun əsgərlərinə etdiyin həqarət üçün ölkəmi tərk elə. Əgər belə etməsən, İskitlərin Günəş Tanrısına and olsun ki, nə qədər həris olsan da səninlə baş edəcəyəm”-, deyə məktubunda yazırdı.

Kir onun sözlərinə əhəmiyyət vermədikdə Tomris Xatun Kirin üzərinə yürüş edir. Tarixçilərin yazdığına görə eramızdan əvvəl 529-cu ilin səhər vaxtı Oğuz bölgəsində şiddətli döyüş baş verir. Hər iki ordu uzun müddət bir-birinin üzərində üstünlük təşkil edə bilmir. Lakin döyüşün gedişatında fars əsgərlərinin böyük bir hissəsi ilə birlikdə Kir də öldürülür. Beləliklə, fars ordusunu məğlub etməyə müvəffəq olurlar. Döyüşdən sonra əlində qanla dolu torba tutan Tomris Xatun ölülər arasında Kirin cəsədini axtartdırır. Qısa müddətdən sonra Kirin cansız cəsədi tapılır. Tomris Xatun Kirin başını qanla dolu olan torbaya salaraq  belə deyir: “Canım sağdır və müharibədən qalib çıxmışam. Amma sən hiylə ilə oğlumu  yaralayaraq onu öldürdün. İndi sənə verdiyim sözü tuturam. Həyatında qan içməkdən doymadın. İndi bu qana doyarsan”.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər