Salahlı Kəngərli kəndi Azərbaycan Respublikasının Ağdam rayonunun Boyəhmədli kənd inzibati ərazi dairəsi daxilindədir. Kənd rayon mərkəzindən 17 km şimalda, Xaçın çayının sol sahilində, Ağdam-Ağdərə şose yolundan 3 km şərqdə, Qarabağ düzündə yerləşir. Kəngərli ellərinin hamısı oğuz türklərinin peçeneq qolundan olsalar da, müxtəlif tirələrdəndirlər. Kəngərlilər Azərbaycanın, əsasən, Naxçıvan bölgəsində yaşasalar da digər bölgələrdə: Qazaxda, Borçalıda, Qarabağda da məskunlaşıblar. 1930-cu ilə qədər Salahlı Kəngərli kəndi Yelizavetpol quberniyasının Cavanşir qəzasının tərkibində olub. Kənd 20 noyabr 2020-ci il tarixdə Müzəffər Azərbaycan Ordusu tərəfindən azad olunmuşdur.
İsa Musayev