11.07.2025, 19:52
AZ EN
28.04.2023, 12:00 347

Xocavənd rayonu, Avdur kəndi

QARABAĞ

Azərbaycan Respublikasının Xocavənd rayonunun Minkənd kənd inzibati ərazi dairəsinə daxil olan Avdur kəndi dağətəyi meşəlik ərazidə yerləşir. Bu kənd bəzi mənbələrdə Avdur Takır kimi qeydə alınmışdır. Verilən məlumatlara görə kənd keçmiş Buğuz qalasının yerində salınmışdır. Ərazidə köhnə qəbiristanlıqlar çox olduğu üçün burada hələ qədim zamanlardan insanların məskunlaşdığı məlum olur. Toponimi bəzi tədqiqatçılar qədim türk dillərindəki "adur" (təpəlik yer, sıldırım) sözləri ilə əlaqələndirirlər. Avdur Takır toponimində isə ikinci komponent türk dillərində "gurultu, uğultu" mənalarını ifadə edir. Moldovanın ərazisində Lunqa çayının sağ, Yalpuq çayının sol qolu Avdarma/Avdırma adlanır. Çayın kənarında Qaqauzlar yaşayan eyniadlı yaşayış məntəqəsi də var. Xocavənd rayonu ərazisindəki Qaranlıq çayının adı da bu mənanı ifadə edir.

İsa Musayev

Oxşar xəbərlər