30.09.2022, 06:20
AZ EN
13.05.2022, 08:00 347

Türkiyəli nazir müavini: “Erməni vandallar Qarabağın mədəni irsinə qarşı cinayətlər törədiblər”

QARABAĞ
  • “Atatürk Mədəniyyət Mərkəzində dəyərli rəssamımız Nigar Abbasbəylinin "Qarabağın mirası" adlı rəsm sərgisinə toplaşmaqdan böyük məmnunluq duyuruq. Azərbaycan Mədəniyyət Nazirliyi və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən sərgidə Qarabağın və Şuşanın mənzərəsini Nigar Abbasbəylinin əsərləri ilə İstanbuldakı sənətsevərlərə nümayiş etdirilir”.

Bu fikirləri Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Özgül Özkan Yavuz bildirib.

Nazir müavini qeyd edib ki, sərgidə nümayiş etdirilən rəsm əsərlərində xüsusi tonlar özünü göstərməkdədir: “Erməni vandallar Qarabağın mədəni irsinə, memarlıq abidələrinə və tarixi əhəmiyyət daşıyan yerlərinə qarşı çox böyük cinayətlər törədiblər. Lakin, buradakı əsərlərdə, əslində o torpaqlarda olan ümidi görə bilirik. Çünki, qədim tarixə malik bir mədəniyyətiniz varsa, heç kim onu məhv edə bilməz”.

Özgül Özkan Yavuz, Azərbaycan mədəniyyətinin köklü tarixə malik olduğunu vurğulayıb: “İnanırıq ki, Azərbaycan bu cür zəngin tarixi keçmişə malik mədəniyyəti ilə Qarabağın tarixi simasını bərpa edəcək və əvvəlkindən də yaxşı vəziyyətə gətirəcək. Biz də bu məsələ ilə bağlı Türkiyə dövləti olaraq, nazirliyimiz, müvafiq qurumlarımız ilə bütün əməkdaşlıqlara maraqlıyıq”. (Report)

Oxşar xəbərlər