Azərbaycan Respublikasının Şuşa rayonunun Laçınlar kəndi Xəlfəli kənd inzibati ərazi dairəsinə daxil idi. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Xəlfəli kənd Sovetindən Laçınlar kəndi alınaraq Qeybalı kənd Sovetinin tərkibinə verilmişdir. Bu kənd Xəlfəliçayın sahilində yerləşir. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsini qonşu Xəlfəli kəndindən köçüb gəlmiş Laçın adlı şəxs salmışdır. Sakinlər onu da qeyd edirlər ki, XIX əsrdə burada Laçın Məmməd adlı şəxs yaşamışdır. Kənd laçınlar nəslinin adını daşıyır. Bu söz isə Azərbaycan dilində "vuran, tutan, dəliqanlı, qoçaq" mənasında işlənir. Dilimizdəki Laçın oğlan ifadəsi də bu mənanı ifadə edir.
İsa Musayev