21.11.2024, 18:10
AZ EN
26.03.2023, 16:40 212

Bacılar təzə don geyinib

YAZILAR

Тürk dünyası üçün bayram əhvalı yaradan martın son həftəsi haylar, farslar, frənglər və moskallar üçün yeni dələduzluq həftəsi kimi yaddaqalan oldu. Hayların baş naziri Nikol Paşinyan danışdığı yalanları bu həftə yeni donla daha bər-bəzəkli etdi. Yamaqların çoxu farsdan, bir qismi frəngdən, xeylisi moskaldan olan bu donda  hayların hara və necə getdiklərini bilmək elə də çətin deyil. İslamı farsçılığa, farsçılığı hayçılığa xidmət etdirən İ(l)ran adlı qondarma rejimin gözlərindən biclik, saqqalından kir yağan çalmalı baş nəşəli rəhbərləri Azərbaycan haqqında elə şeylər danışırlar ki, Məşədi İbad sağ olsaydı yıxıb ağızlarını əzişdirərdi. Elə Məşədi İbad demiş, bu mürtət uşağı elə danışır ki, bəzi hayların da gülməyi gəlir. Qapqara bürüncəkli qadınların haylarla siğəsinə çoxdan fətva verib pozğunluğu rəsmiləşdirən başı dumanlı mollaların hayların əsil züy tutanı olduqlarını dünyaya car çəkməkdədir. Qızı Fransanın saunasında əlində viski və siqaret tutub frəngə video çarx çəkdirən Əli Xamneyi yəqin bilməmiş olmaz ki, Türk yumruğu daim hazırdır və onun kəfən doladığı başını əzə bilər.

O ki qaldı 44 günlük müharibədə məğlub olub moskaldan imdad diləyən, indi isə diktə altında mırıldayan hayların başçılarına, onlara elə öz tanınmış jurnalistləri Armine Ohanyanın bir sözünü xatırladaq: “haylar anadan bədbəxt və qorxaq doğulurlar”.

Bu bədbəxt və qorxaq toplumun başı əziləndə isə nə bacılarının, nə də digər züy tutanlarının səsi çıxmayacaq. Ona görə ki, öz başlarının hayında olacaqlar.

Nəsib

Oxşar xəbərlər