24.11.2024, 00:16
AZ EN
27.03.2024, 12:26 336

Mane pulsuz qalıb

YAZILAR

Xankəndidən köçüb İrəvanda  Ruben Vartanyanın vaxtilə ona bağışladığı evdə yaşayan Mane Tandilyan "Hraparak"ın bu günkü sayında etdiyi paylaşımda yeni nağıllar uydurduğunu təsdiq edib. Xankəndidəki həyatını gözyaşları ilə xatırlayan Mane deyir ki, Ruben Vartanyan yarım ildir Bakıda həbsdədir. Amma Ermənistan hakimiyyəti onun azad edilməsi üçün heç bir iş görmür. Bax, bura da bir vaxtlar oxunan "Mani mani" mahnısı yada düşür. Ötən əsrin 70-ci illərində populyar olan bu mahnıya  haylar bir gülməli mahnı qoşmuşdular: mani, mani, mani, ar, şorerit hani "( tərcüməsi belədir: pul, pul, pul, al paltarını çıxart- N.Q.) İndi bu Manedə Rubonun pulları ya tam qurtarıb, ya da lap azalıb ki, yadına Rubo düşüb və Nikolun bostanına çoxlu  daş atır ki, onu xilas eləsin. Bax, burda yada bir söz də düşür: Ruben də deyirdi ki, gedib Bakıda çay içəcəyəm, 6 aydır arzusuna çatıb, bu Mane niyə onun arzusunu yarı yolda qoymaq istəyir, bilinmir. Bir də deyir ki, döyüşdə əsir düşən hay əsgərlərini buraxıblar, gərək "hərbi-siyasi rəhbərlər də" buraxılsınlar. Ay buraxıldı haaa! Onlar hələ Koçaryan, Sarkisyan, Ohanyanla da Bakıda çay içmək istəyirlər və bu arzularına çatacaqlar. Bizim yanıqpəyəli Cabir isə onlara hayca şeir deyəcək.

Nəsib

Oxşar xəbərlər