12.10.2024, 13:32
AZ EN
18.11.2023, 08:11 145

Zabux sakini: “Həyatımın ən gözəl günlərini gənc yaşımda Zabuxda yaşamışam”

YAZILAR
  • Həyatımın ən gözəl günlərini gənc yaşımda Zabuxda yaşamışam. Sonra işğal nəticəsində məcburən Bakıya köçməli olduq. İndi isə ailəliklə doğma torpağımıza, evimizə qayıdırıq. Bu sözləri noyabrın 18-də Bakıdan Laçının Zabux kəndinə yola salınan keçmiş məcburi köçkün Sona Abdulova deyib.

“Azərbaycanın hər diyarı bir sərvətdir, gözəldir. Amma Laçın rayonu, Zabux kəndi mənim üçün daha da əzizdir. Şükürlər olsun ki, Prezident, Ali Baş Komandan İlham Əliyev rəhbərliyi, şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin şücaəti sayəsində bu gün biz sağ-salamat öz doğma elimizə, obamıza qayıdırıq. Allah Böyük Qayıdışı gözləyən digər keçmiş məcburi köçkünlərə də bu günü yaşatsın”, - deyə Zabux sakini hisslərini bölüşüb.

Qeyd edək ki, Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı bu gün Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Zabuxa yola salınıb. Bu mərhələdə Zabux kəndinə daha 25 ailə - 103 nəfər köçürülür. İndiyədək Zabux kəndində 71 ailənin, yəni 291 nəfərin daimi məskunlaşması təmin edilib. AZƏRTAC

Oxşar xəbərlər