27.07.2024, 13:47
AZ EN
08.05.2023, 11:45 431

Qılıçdaroğlu erməni dəyirmanına su tökəcəyini bildirib

YAZILAR
  • Qeyd edək ki, Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkilərində namizəd olan CHP lideri Kamal Qılıçdaroğlunun Azərbaycandan yan keçməklə reallaşacaq nəqliyyat dəhlizi barədə səsləndiridiyi fikirlər Azərbaycan cəmiyyəti arasında birmənalı qarşılanmayıb.

Məsələ ilə bağlı Beynəlxalq Münasibətlər  və Diplomatiya Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov “Vetensesi.az”ın suallarını cavablandırıb.

-Samir müəllim, məlum olduğu kimi, “Altılı masa”nın namizədi Kamal Qılıçdaroğlu “Türk yolu” adlandırdığı – məlum “bir kəmər bir yol” layihəsinin Orta Dəhlizinə korrekt edib. Çindən başlayaraq, Mərkəzi Asiya ölkələrindən Azərbaycana, buradan da Türkiyə üzərindən Avropaya uzanan marşrutu dəyişən CHP lideri hakimiyyətə gələcəyi təqdirdə, Mərkəzi Asiyaya İran üzərindən çıxan marşrutu həyata keçirəcəyini bildirib. Bu barədə fikrinizi bilmək istərdik.

-Kamal Qılıçdaroğlunun Millət İttifaqının prezidentliyə namizədi kimi bu cür açıqlama verməsi, özü də seçki öncəsi belə açıqlama verməsi, görünür ki, bəzi güclərə mesaj xarakteri daşıyır. Bilirsiniz ki, Türkiyədə keçiriləcək seçkilər təkcə Türkiyə xalqının belə deyək, seçim etməsi ilə yekunlaşmır, həm də burda xarici təsirlər söhbəti də var və ümumiyyətlə, Kamal Qılıçdaroğlunun, CHP patiyanın Azərbaycana qarşı mövqeyi heç də sağlam mövqe deyil və biz  nəzərə almalıyıq ki, K.Qılıçdaroğlunu xarici siyasət məsələləri  üzrə danışmanı olan keçmişdə Azərbaycanda səfir olmuş Əhməd Ünal Çevikgözün dəfələrlə Azərbaycana qarşı anti-Azərbaycan meyilli fikirləri səsləndirilmişdir. Eyni zamanda Ermənistanı dəstəkləyən  bir qüvvə olaraq tanınır.  Bəzi məlumatlarda Kamal Qılıçdaroğlunun  soyunun erməni olmasıyla bağlı məlumatlar da yayılmaqdadır. Yəni, ümumi götürəndə isə o partiyanın  Azərbaycana qarşı mövqeyi sağlam deyil. Bunu da görünür ki, açıq-aydın göstərməyə çalışır. İndi səbəb nədirsə, o daxili gizlin səbəbləri aşkar bilinmir, amma hər halda atdığı addımlardan görünən odur ki, Kamal Qılıçdaroğlu hakimiyyətə gələrsə, Türkiyə-Azərbaycan münasibətlərini korlayacaq. Bu isə qaçılmazdır. Çünki indidən belə açıqlama verirsə, məlum məsələdir. Nəzərə almaq lazımdır ki, Azərbaycanın Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum layihələri də məhz Türkiyə üzərindən keçir. Burda indi belə addımların atılması, üstəlik də TANAP TAP layihəsi də Türkiyə üzərindən keçməsi burda çox müəmmalı suallar yaradır. Amma bir tərəfdən fikirləşirəm ki,  Kamal Qılıçdaroğlu seçkilərdə qalib gəlməyəcək. Ona görə də bu  cür layihələrin  pozulacağı, Azərbaycanla Tüürkiyə arasındakı münasibətlərin pozulacağı inandırıcı görünmür və Türk xalqı ağıllı xalqdır, müdrik xalqdır, seçimini doğru edəcək. Çünki K.Qılıcdaroğlunun bu günə qədər verdiyi bütün açıqlamalarının kökündə Türkiyənin əleyhinə olan  addımlar dayanır. Dünən Prezident Rəcəb Tayyib Ərdoğanın İstanbul mitinqində 1,7 milyon insanın yığılması, məncə, artıq Türkiyədə seçkinin taleyinin necə olacağını deməyə imkan yaradır ki, bu da seçkidə R.T.Ərdoğanın qalib gəlməsini şərtləndirəcək. Məncə, bunların hamısı necə deyərlər, gözlə görünəndi, dəqiq bilinəndi və K.Qılıçdaroğlunun tutduğu ermənipərəst mövqe  isə hər kəsə aydındır.

Söhbətləşdi: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər