"Qarabağ inanılmaz dərəcədə gözəl regiondur". Bunu ingiltərəli səyahətçi Dezz Vayts deyib. O, təkcə Qarabağa deyil, həm də Azərbaycana ilk dəfə səfər etdiyini bildirib.
İngiltərəli səyyah Füzuli şəhərindəki yeni limanla tanış olduğunu vurğulayaraq, onu "olduqca müasir infrastruktur" adlandırıb, həmçinin, gəldiyi yolların keyfiyyətini də qeyd edib.
Vayts Şuşa şəhərinin yaxınlığındakı dinc etiraz aksiyasında onlara azad olunmuş ərazilərdəki mina təhlükəsindən bəhs olunduğunu vurğulayıb. Səyahətçi Azərbaycan xalqını xüsusən istiqanlı və qonaqpərvər olduğuna görə sevdiyini qeyd edib.
Xatırladaq ki, fevralın 4-də beynəlxalq nümayəndəliyin işğaldan azad olunmuş Azərbaycan ərazisinə altıncı səfəri baş tutub.
Nümayəndə heyətinin tərkibinə ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiya olmaqla 12 ölkənin nüfuzlu şəxsləri daxildir.
Səfər zamanı nümayəndə heyəti, həmçinin, işğal dövründə ermənilərin törətdiyi vandallıqlarla, ərazilərdəki yenidənqurma işləri ilə, hableə Qarabağ regionunun təbii gözəlliyi ilə tanış olacaqlar. ("Trend")