21.11.2024, 21:06
AZ EN
28.02.2023, 09:35 232

Ədalət Verdiyev: “İran anti İslam respublikasıdır”

YAZILAR

Hərbi ekspert Ədalət Verdiyev özünü “Facebook” şəxsi hesabında bildirib ki, İran anti islam respublikası nə qonşu kimi normal qonşudur, nə ölkə kimi normal  ölkədir: “90-cı illərdən başlayaraq əvvəlcə bir az üstüörtülü, indi isə tam aşkar şəkildə ermənilərə daha dərin nüfuz etməklə məşğul olan molla rejiminin əmək və sosial rifah naziri Seyid Sultan Mortazavi fevralın 27-də İrəvanda Ermənistanın əmək və sosial məsələlər naziri Narek Mkrtçyanla görüşündə bildirib ki, Tehran Vətən Müharibəsində əlil olan erməni fərariləri reabilitasiya etməyə hazırdır”.

Ekspert daha sonra vurğulayıb ki, əli Azərbaycan şəhidlərinin qanına batan molla rejimi bu addımı ilə həm bizi, həm də İranda yaşayan soydaşlarımızı qıcıqlandırmağa çalışır. Çətin iqtisadi problemlərlə üzləşən İranın (1 dollar 600 000 tüməndən bahadır) öz vətəndaşlarına deyil, islamın bütün dini dəyərlərini ayaqlar altına alan erməni fərarilərə qucaq açması Tehran üçün yaxşı heç nə vəd etmir.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər