21.11.2024, 16:58
AZ EN
22.02.2023, 13:30 388

Samir Hümbətov: "Azərbaycanın mövqeyi həm ədalətlidir, həm də beynəlxalq hüquqa söykənir"

YAZILAR
  • Bu heç kəsə sirr deyil ki, 2019-cu ildən dünyanı ağuşuna alan və hələ də davam edən koronavirus bəlasından sonra amansız ölümlərin, itkilərin, müharibələrin sayı da artdı.

Sanki dünyanın tərəzisi sındırıldı, il-ildən ağır gəlməyə başladı....

O da faktdır ki, bu illər ərzində, 2020-ci ildə Azərbaycan 30 il erməni işğalında qalan torpaqlarını 44 günlük müharibə nəticəsində işğaldan azad edib, zəfərə imza atdı...Məhz elə bu qələbədən sonra Azərbaycanın dost və düşmənlərinin iç üzü ortaya çıxdı...

Avropada amansız bir müharibənin tüğyan etdiyi və hər gün minlərlə insanın həyatını udduğu bu ağır zamanda beynəlxalq təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlər bütün dövlətlər üçün prioritet mövzuya çevrilib. Bu sıradan keçirilən beynəlxalq miqyaslı tədbirlərdən biri də Münxen Təhlükəsizlik Konfransı oldu. Sayca 59-cu Təhlükəsizlik Konfransı öz işini başa çatdırdı. Ölkəmizin bu mötəbər tədbirdə Prezident və Birinci vitse-prezident səviyyəsində iştirakı isə Azərbaycan dövlətinin bu tədbirə böyük önəm verdiyinin bariz nümunəsidir.

Münxendə keçirilən görüşün müsbət nəticələri haqqında danışan politoloq Samir Hümbətov mətbuata açıqlamasında bildirib ki, Münxendə keçirilən görüşün canlı yayımının kəsilməsi fikrimcə, texniki problemdir:

“Çünki əgər kəsilməni Azərbaycan etsə idi, hadisə digər dünya medialarında işıqlandırılardı. Lakin dünya mətbuatında belə bir xəbərin olmaması məsələnin texniki xətadan qaynaqlandığını deməyə əsas verir".

Ermənistanla münasibətlərin yaxın perspektivinə gəldikdə isə deyə bilərəm ki, biz məsələlərə optimist yanaşırıq. Fikirləşirik ki, bəlkə Ermənistan son proseslərdən sonra ağlını başına yığar və münasibətlərdə müsbətləşməyə doğru addım atar.

Azərbaycan birmənalı olaraq fikrini bildirib. Prezident İlham Əliyev məsələyə toxunaraq bildirib ki, Azərbaycan ən optimal variantı təklif edib. Azərbaycanın mövqeyi həm ədalətlidir, həm də beynəlxalq hüquqa söykənir. Əgər istəyirlərsə, biz də Laçın dəhlizinə nəzarət postlarımızı quraq, onlar da Zəngəzur dəhlizinə nəzarət postlarını qursunlar. Əslində bu proses başlaya bilər. Lakin bu, Ermənistandakı indiki hökumətin siyasi iradəsindən asılıdır. Əgər siyasi iradə qoyub addım ata biləcəklərsə, nəticə uğurlu olacaq".

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər