22.12.2024, 07:46
AZ EN
15.04.2023, 22:32 252

İlyas Hüseynov: "İrəvanda Nikolyan təfəkküründə olanlar mütləq cavab verəcək"

YAZILAR
  • Bayrağı yandırmaq, o bayrağın sahibindən nifrət eləmək deyil, o bayrağın sahibindən qorxmaq deməkdi, onun qarşısında aciz olmaq deməkdi. O bayrağın sahibinə uduzmaq deməkdi. Yəni məğlub olduğun bir dövlətin bayrağını yandırmaq insanlığın ən aşağı səviyyəsidir. Bu isə insanlıqdan nəsibini almayan Azərbaycan Ordusuna məğlub olan zavallı Ermənistanın, ermənilərin son çarəsizliyidir...

“İrəvanda keçiriləcək ağır atletika üzrə Avropa çempionatında bizim komandanın iştirakı təsdiqləndikdən sonra Ermənistan tərəfi təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə olacağına zəmanət vermişdi”.

Bunu politoloq İlyas Hüseynov mətbuata açıqlamasında səsləndirib.

Politoloq qeyd edib ki, açılış mərasiminin keçirildiyi zalda çempionatda iştirak edən ölkələrin bayrağı gətirilən zaman şəkildə gördüyünüz bu "şəxs" müqəddəs bayrağımızı yandırıb: "Akkreditasiyası olan şəxsin bayrağımıza və dövlətimizə nifrət dolu hərəkətlərinə qarşı heç bir təhlükəsizlik tədbirinin görülməməsi və bayrağa doğru rahatca yaxınlaşması yayılan videoda nəzərə çarpır.

İrəvanda keçirilən Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması kimi vandal hərəkətə sosial şəbəkələrin erməni seqmentində dəstək verilməsi və bu hadisənin Ermənistan mediasında qınanmaması, silahsız hərbçimizə qarşı törədilən vəhşilik, qeyri-insani hərəkətlər, bundan öncə də dəfələrlə şahidi olduğumuz erməni vəhşilikləri göstərir ki, bütün bunlar Ermənistanda dövlət siyasətinin tərkib hissəsidir".

İ.Hüseynov daha sonra əlavə edib ki, ona görə də Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması ilə bağlı bütün lazımi addımlar atılmalıdır: "Ermənistan cəmiyyətində islamafobiya, turkafobiya, Azərbaycanafobiyanın dərin kökləri vardır və hər zaman özünü göstərir.

Baş verən hadisə ilə bağlı Beynəlxalq Ağır Atletika Federasiyasına və Beynəlxalq Olimpiya Komitəsinə şikayətlər ünvanlanmalıdır!

Ermənistan zəmanət verdiyi təhlükəsizlik tədbirlərini yerinə yetirmədiyinə görə idman yarışına ev sahibliyi ləğv olunmalı və müvafiq federasiya dəymiş ziyana görə təzminat odəməlidir".

"İrəvanda bayrağımızı yandıran Aram Nikolyanın İrəvan polis idarəsinin Şaumyan rayon şöbəsindən buraxılması da göstərir ki, bu cür vandal hərəkətlər ən yüksək səviyyədə dəstəklənir və mükafatlandırılır.

Polis idarənin qarşısına Nikolyanı dəstəkləyənlərin toplaşması və cəzasız qalan "qəhrəmanı" təbrik etmələri də göstərir ki, İrəvanda Nikolyan təfəkküründə olanlar çoxdur və mütləq cavab verəcəklər!", - deyə politoloq vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər