01.08.2025, 16:58
AZ EN
26.09.2024, 17:05 276

ABŞ Ermənistanı konstitusiyanı dəyişdirməyə inandıra bilsə...

YAZILAR
  • "ABŞ həqiqətən də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını istəyirsə, rəsmi İrəvanı ərazi iddialarını əks etdirdən konstitusiyasını dəyişdirməyə inandırmalıdır".

"Vətən səsi" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu ABŞ-ın dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə birgə bu gün keçirəcəyi görüşü şərh edərkən deyib: “Dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bugünkü üçtərəfli görüşündən nəticə əldə etmək və ABŞ-da prezident seçkisinə qədər sazişin imzalanmasını istəyirsə, erməni həmkarı və onun vasitəsilə Baş nazir Nikol Paşinyanı konstitusiyadan Azərbaycana ərazi iddiasını ehtiva edən bəndin çıxarılmasına inandırmalıdır. Hər iki tərəf sülh sazişinin mətninin 80 faizinin razılaşdırıldığını bildirib. Tərəflər sazişdə bir-birlərinin ərazi bütövlüklərini tanımağa hazırdır. Məsafənin böyük hissəsi qət edilib. Paşinyan bircə addım atmaqla məsələnin müsbət həllini sürətləndirə bilər".

Elxan Şahinoğlu bildirib ki, Dövlət Departamenti Paşinyana çağırış edib onu konstitusiya dəyişikliyinə inandıra bilsə, ABŞ-ın Cənubi Qafqazda rolu artacaq, əks halda bugünkü üçtərəfli görüşün keçmişdəki görüşlərdən heç bir fərqi olmayacaq.

Xatırladaq ki, bu gün ABŞ Dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında üçtərəfli görüş planlaşdırılıb. Blinkenin təşəbbüsü ilə keçiriləcək görüşün əsas məqsədi Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının “son mərhələsi” hesab edilən prosesi başlamaq üçün tərəflərə lazımi dəstək vermək və onları buna hazırlamaqdır.Siyasi təhlilçilər bildirirlər ki, üçtərəfli görüş sülh danışıqlarının son mərhələyə doğru irəliləməsi üçün mühüm addım ola bilər.

Elxan SALAHOV

Oxşar xəbərlər