21.11.2024, 23:19
AZ EN
13.04.2023, 12:03 218

Azərbaycan sülh, Ermənistan müharibə istəyir

YAZILAR
  • Aprelin 11-dəki təxribatlarını da əxlaqsız hamilərinin dəstəyi ilə Azərbaycan hərbçilərinin əməli kimi təqdim etmək üçün müxtəlif böhtanlara geniş meydan verən ermənilər yenə də sülh istədiklərini, Azərbaycanın isə guya bununla razılaşmadığını vurğulayırlar.

Erməni parlamentinin dünənki "hökumət saatı" adlandırılan iclasında da sözügedən məsələyə yenə də yalnız fransız, fars və erməni prizmasından baxıldığı tam aydın oldu.

Paşinyanın həmin iclasda Qarabağın Azərbaycanın ərazisi olduğunu sabiq iqtidarların da tanımasını yenidən açıqlaması isə xüsusilə müxalifətin haqsızlığa vərdişli olduğunu isbatladı. Bütün çıxış və görüşlərində Ermənistanın guya sülh tərəfdarı olduğunu bildirən bu başıdumanlı xalqın rəsmiləri bu gün də həyasızcasına car çəkirlər ki, guya Azərbaycan müharibə istəyir. Avropa İttifaqının Ermənistana müşahidə missiyası adı altında yerləşdirdiyi ermənisevərlərin olaya münasibətləri isə sırf əxlaqsızlıq yuvasında tərbiyə edildiklərinin bariz nümunəsidir.

Bunu cinayətləri, soyqırımı törətmələri, saxtakarlığı və əxlaqsızlığı dünyada məşhur olan Fransanın indiki prezidenti E.Makronun 17 yaşlı məktəbli ikən özündən 24 yaş böyük  müəlliməsinə, ermənilərin özləri yazdığı kimi, "lzoğ" olması da təsdiq edib.

N.Qaramanlı

Oxşar xəbərlər