20.07.2025, 11:15
AZ EN
29.03.2023, 10:32 296

General ət alveri edir

YAZILAR

"Hraparak" xəbər verir ki, Qarabağdakı separatçı rejimin sabiq "təhlükəsizlik şurasının katibi" General Samvel Babayan iki aya yaxındır Xankəndidədir. O, burada ət biznesini öz əlinə keçirib. Ona qədərsə həmin bizneslə 44 günlük müharibədə ölən separatçının qardaşı tenderdə qalib gələrək özü məşğul olurdu. S.Babayan Laçın-Xankəndi yolundakı ekoaksiyadan istifadə edərək ət alverini öz əlinə alıb və bu işdə ona separatçıların başçısı Araik Harutyunyan dəstək verib. Nəşr daha sonra əlavə edib ki, hazırda ətin keyfiyyəti və qiyməti sakinləri qane etmir. Onlar öz aralarında narazılıq ifadə etsələr də həqiqəti gizlətmək üçün müxtəlif üsullardan istifadə edirlər. Məsələn, deyirlər ki, indiki şəraitdə qiymət və keyfiyyət önəmli deyil, təki defisitlə üzləşməyək.

Xatırladaq ki, Samvel Babayan Xankəndiyə gələrkən haylar belə bir məlumat yayırdılar ki, o, Azərbaycanla danışıqlar prosesində iştirak üçün gəlib və Qarabağdakı erməni əhali içərisindən seçiləcək nümayəndələrin başçısı olacaqdır. Məlum olduğu kimi, separatçı rejimin başçısı Araik Harutyunyan inteqrasiyaya sərsəm münasibət ifadə etdiyinə görə Azərbaycanın ikinci təklifi də müsbət cavablandırılmayıb. Görünən odur ki, hayların başı yumruq istəyir ki, heç olmasa bir az ağıllansın.

Nəsib

Oxşar xəbərlər