22.11.2024, 17:59
AZ EN
24.04.2022, 15:30 361

Milli Məclisin deputatı Ceyhun Məmmədov: "Ermənistan tərəfi bilməlidir ki, ən kiçik təxribatın qarşısı çox ciddi şəkildə alınacaq"

YAZILAR

Ermənistanın təxribat-diversiya qrupunun Azərbaycan sərhədini keçməyə cəhd etməsi Ermənistan tərəfinin ölkələr arasında delimitasiya komissiyalarının yaradılması və müvafiq işlərin aparılmasına qarşı yönəlmiş növbəti təxribatdır. 

Milli Məclisin deputatı Ceyhun Məmmədov hadisə barədə fikir bildirərərkən deyib: "Bu onu göstərir ki, Ermənistan sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Təəssüf ki, Ermənistan 44 günlük acı məğlubiyyətdən nəticə çıxarmayıb. Buna və nəticələrə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür. Ermənistan tərəfi bilməlidir ki, ən kiçik təxribatın qarşısı çox ciddi şəkildə alınacaq. Azərbaycan erməni faşizminin yenidən baş qaldırmasına heç zaman imkan verməyəcək. Ermənistan nə istədiyini müəyyənləşdirməlidir. Azərbaycan Ermənistan Sülh istəyirsə sülhə müharibə istəyirsə müharibəyə hazırdır. Ermənistan təxribatlara son qoymalıdır". ("Trend")

Oxşar xəbərlər