09.06.2025, 11:19
AZ EN
01.03.2023, 10:20 378

Din pərdəsi altında şeytanlıq davam edir

YAZILAR
  • Məlumdur ki, haylar üçün marionet dövlət yaradılmasında erməni kilsəsinin xidməti böyük xidməti olub və bu, erməni "inqilabçılarının, siyasət liderlərinin" özləri tərəfindən də etiraf olunur. Ölkədə gedən bütün siyasi proseslərə öz münasibətini bildirən erməni din xadimləri arasında indi də Qarabağla bağlı geniş müzakirələr keçirilməkdədir. Dünən isə Eçmiədzində Sumqayıt hadisələrinin 35 illiyi ilə əlaqədar tədbir keçirilib.

Müvafiq dua olunduqdan sonra bütün hayların katalikosu İkinci Qaregin yenidən Azərbaycan haqqında əsassız fikirlər səsləndirərək dini rəhbərə yaraşmayan təkliflər irəli sürüb. Onun sözlərinə görə, din xadimlərinin əsas vəzifəsi mənsub olduğu xalqın yaşadığı ərazilərin daha da genişləndirilməsi üçün geniş imkanlar yaratmaqdır.

Baş keşişin İranın din xadimləri barədə dedikləri isə yenidən vurğulamağa əsas verir ki, hər iki ölkədə dini dəyərlər əvəzinə şeytançılıq hökm sürür.

Nəsib

Oxşar xəbərlər