21.11.2024, 20:31
AZ EN
05.06.2023, 12:35 246

Adı demokratik, özü təxribatçı

YAZILAR
  • Ötən il özünün "Sasna crer" adını dəyişərək milli demokratik "Qütb" edən erməni radikallar qrupu baş nazir  Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasını yenidən bildirməsini ənənəvi erməni xisləti ilə qarşılayıb. Bazar günü azsaylı tərəfdarları ilə etiraz aksiyası keçirən "Qütb"çülər Avropanın, ABŞ və Rusiyanın liderlərinin ünvanına təhqir dolu ittihamlar səsləndiriblər.

Bildirilib ki, onların mövqeyi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin mayın 28-də Laçında səsləndirdiyi fikirlərlə həmahəngdir. Erməni revanşçılardan biri ABŞ prezidentinin 2021-ci il aprelin 24-də sərgilədiyi mövqe ilə bu yaxınlarda dediyi fikirlərin bir-birini təkzib etdiyini xatırladaraq əlavə edib ki, Azərbaycanın bölkədə mövqeyi gücləndikcə dünya liderləri guya, ermənilərin haqqını görməməzliyə vururlar. Siyasi reallığı deyil, xəstə illizuyaların yaratdığı hoqqalarla yaşamağa alışan "Qütb"çülərin RF prezidenti Putinin ünvanına dediklərini isə etik baxımdan yazmasaq da, bir həqiqəti deməmək mümkün deyil ki, ermənilər həmişə yaxşılığı unudub yamanlıq etməklə də tanınıb.

Nəsib

Oxşar xəbərlər