18.06.2025, 03:24
AZ EN
01.03.2023, 09:15 429

İlyas Hüseynov: “İran parçalanmağa doğru gedir

YAZILAR
  • Məlum olduğu kimi, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian BMT-nin İnsan Hüquqları üzrə Şurasının 52-ci sessiyasında iştirak edib və həmin iclasda gözləmədiyi bir durumla üz-üzə qalıb. Belə ki, onun çıxışı zamanı müxtəlif ölkələrin diplomatları və nümayəndələri molla rejiminə etiraz əlaməti olaraq salonu tərk ediblər.

Gündəmi zəbt edən bu mövzu ilə bağlı politoloq İlyas Hüseynov “Vetensesi.az”a açıqlamasında bildirib: “Qeyd etmək lazımdır ki, beynəlxalq müqavimət, beynəlxalq təşkilatların İrana qarşı olan mənfi rəyi artıq özünü ciddi şəkildə nümayiş etdirir. Belə ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian BMT İnsan Hüquqları üzrə Şurasının 52-ci sessiyasındakı iştirakı böyük narazılıqla və təpkilərlə yadda qalıb. Onu da xatırladaq ki,  biz həm də Rusiya-Ukrayna müharibəsi fonunda eyni münasibəti Rusiyanın xarici işlər nazirinə qarşı görmüşdük və orada da müxtəlif ölkələrin diplomatları və nümayəndələri zalı nümayişkaranə şəkildə tərk edirdilər”. Politoloq daha sonra vurğulayıb ki, bu gün artıq İranın insan haqlarını pozmasına, müxtəlif etnik azlıqlara qarşı sellektiv münasibətə, İranda yaşayan 40 mindən çox azərbaycanlıların öz ana dilində təhsil almaq, oxumaq, yazmaq, kütləvi informasiya vasitələrinə sahib olmaq kimi hüquqların pozulmasına bu, bir narazılıqdır, etiraz təpkisidir. Bir reaksiyadır, müqavimətin göstəricisidir. Artıq beynəlxalq birlik də İrana qarşı bu cür sərt mövqedən çıxış edir. Bu bir etiraz əlaməti olsa da, təbii ki, həmin dövlətlər öz hesabatlarında, rəylərində, tövsiyələrində İrana qarşı olan ümumi ortaq fikri qeyd edəcəklər: “Düşünürəm ki, bu da Tehran hakimiyyətinə qarşı bir cəbhənin açılmasına gətirib çıxaracaq. Ümumilikdə İran daim çox aqressiv siyasət həyata keçirir. Təqiblər, dövlətin kəskin mövqeyi artıq bütün təbəqələrin həyatına təsir göstərir. Bu baxlımdan BMT-nin İnsan Hüquqları Şurasının sessiyasında yaranan mənzərə İrana qarşı olan  bir mövqe kimi qiymətləndirilir. Lakin dünyada vahid iradə yoxdur ki, bu rejimə qarşı çox ciddi və kəskin addımlar atsın. Bu gün İranın daxili ictimai-siyasi vəziyyəti kifayət qədər gərgindir və hökumət əleyhinə nümayişlər, aksiyalar geniş vüsət almaqdadır. Ola bilsin ki, belə gərgin vəziyyət İranı içindən parçalamağa gətirib çıxaracaq”,- deyə politoloq fikirlərini tamamlayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər