Münhendə keçirilən "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasın gedişi və ondan sonrakı mərhələdə baş verən olaylar erməni mətbuatında geniş müzakirə olunmaqdadır. Son vaxtlar mətbuat orqanlarında tez-tez müxtəlif fikirlər səsləndirən Azərbaycanşünas Tatevik Hayrapetyanın fevralın 20-də "Hraparak"ın paylaşdığı "Paşinyan Əliyevin fikirlərinə səmimi cavab versə idi, gərək deyə idi..." sərlövhəli məqaləsində qeyd olunur ki, müzakirə zamanı Azərbaycan Prezidenti İlham Əliyev müharibədən sonra Paşinyanın hakimiyyətdə qalmasını erməni xalqının məğlubiyyətlə barışdığı demək olduğunu vurğuladı. T.Hayrapetyan vurğulayır ki, Paşinyan ona belə cavab verməli idi: "Cənab Əliyev, bilirsənmi, 2021-ci ilin iyununda əlimdə çəkic kənd-kənd gəzib səs vermələrini xahiş edirdim, öncə isə onları sabiqlərin qayıdacaqları ilə qorxuzurdum. "arsax xalqının müstəqillik hüququnun tanınması uğrunda" mübarizə aparacağımı, Hadrutun və Şuşanın işğalı məsələsinə daha çox qabardırdım. Eləki səsləri aldım, çəkici balıncının altına qoydum və "arsax" dan necə imtina edəcəyim üçün müzakirələrə başladım.
Ötən ilin sentyabrında sən Ermənistanın üzərinə hücum etdin və dedin ki, sərhəd burdan keçəcək və nida, mənsə deyirəm ki, gəl onda səninlə "sülh dövrü" yaradaq .
Bir sözlə, Əliyevə deməli idi ki, hay xalqı məğlubiyyət yolunu seçməyib.....Məğlubiyyəti yalnız mən və komandam qəbul edirik. Əliyev çox səmimisən ki, mənim yalanlarıma indi də inanırsan". Şərhə isə ehtiyac yoxdur.
Nəsib QARAMANLI