28.03.2024, 17:12
AZ EN
17.02.2023, 14:45 196

Türkiyəyə yardım hayları qəzəbləndirib

YAZILAR

"Hraparak"ın yaydığı müəllif yazısında bildirilir ki, 2022-ci il 15 aprel tarixli hökumət qərarınadək müdafiə nazirliyinin balansında olan və müxtəlif adamların qeyri-qanuni məskunlaşdığı bina, oradakı torpaq sahəsi, yardımçı təsərrüfat təyinatlı tikililər dövlət əmlakın idarə edilməsi komitəsi tərəfindən özəlləşdiyinə görə oranın boşaldılmasına qərar verilsə də "sakinlər" etiraz aksiyası keçirərək sözügedən binanı tərk etmək istəmədiklərini bildiriblər. Polisin müdaxiləsi isə qarşıdurmaya səbəb olub. Müəllif Karen Martirosyan yazır ki, dünən polis etiraz edənləri binadan uzaqlaşdıra bilsə də, onlar gecəni açıq havada keçirərək getməyə başqa yerləri olmadığı üçün yenidən aksiyaya başlayıb və bildiriblər ki, hökumət Türkiyəyə dəstək olub yardım göndərir, biz ermənilər isə əzab çəkirik. Çadırlar tapıb sözügedən yerdə düşərgə salacaqlarını bildirən həmin ermənilərin çoxu müxtəlif səbəblərə, o cümlədən krediti ödəyə bilmədiklərinə görə evini itirənlərdir.

Onlar hadisə yerinə gələn jurnalistdən həyasızcasına tələb ediblər ki, hakimiyyətin vətəndaşına deyil, türklərə yardım etdiyini FB və digər sosial şəbəkələrdə müntəzəm olaraq paylaşsın.

Qeyd edək ki, hayların əksəriyyəti zəlzələ bölgəsində yerləşən insanlara kömək edilməsinin düzgün hərəkət olmadığını israrla bildirirlər. Amma dərk edə bilmirlər ki, Türküm heç vaxt haya möhtac olmayıb və olmayacaq da. Çünki onun mentalitetindəki  əzəmət və qürur əbədidir.

Nəsib

Oxşar xəbərlər