26.04.2024, 01:59
AZ EN
31.01.2023, 16:29 261

Ermənilər İranın dəstəyindən kifayət qədər bəhrələnib

YAZILAR

Bu fikirlər Ermənistandakı milli təhlükəsizlik xidmətinin ehtiyatda olan zabitlər birliyi təşkilat komitəsi tərəfindən yanvarın 31-də müxtəlif xəbər saytlarında, o cümlədən ən çox oxunan "Hraparak" da yayılıb. Mətndə yanvarın 28-dən 3 gün keçsə də Ermənistan hakimiyyətinin dost İranın hücumlara məruz qalmasına rəsmi münasibət göstərmədiyi, İranın isə Qarabağdakı müharibələr zamanı ermənilərə hər cür dəstək verdiyi və bunun unudulmaması, yeri gələrsə bəzi məxfi faktların  ictimaiyyətə açıqlanacağı xatırladılır. "Son zamanlar isə məhz onun (İranın- N.Q.) sayəsində Azərbaycan-Türk tandeminin xüsusilə Sünikə qarşı təcavüzü baş tutmayıb" - deyə haylara daim gərəkli ölkənin dəstəklənməsi tövsiyyə edilir.

Məncə, şərhə ehtiyac yoxdur.

Nəsib

Oxşar xəbərlər