31.07.2025, 11:02
AZ EN
09.09.2024, 15:32 350

Sülh müqaviləsi ilə bağlı məsələlər 80 faiz həllini tapıb

YAZILAR
  • Prezident İlham Əliyevin də vurğuladığı kimi,  sülh müqaviləsinin mətninin təqribən 80 faizi razılaşdırılıb.

Bununla bağlı Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “ARB24”-ə açıqlamasında bildirib ki, bəli, məsələlər 80 faiz öz həllini tapıb. Burada Azərbaycanın təşəbbüsləri rol oynayıb: “Çünki biz müharibədə qalib gəldikdən sonra 5 maddəlik sülh və  dövlətlərarası münasibətlərin tənzimlənməsi üzrə təklifləri qarşı tərəfin diqqətinə çatdırdıq. Bu təkliflər məhz elə Cənubi Qafqazda birgəyaşayış, sülh, bir-birinə qarşı ərazi iddialarından əl çəkmək və eləcə də iqtisadi nəqliyyat əlaqələrinin bərqərar olunması, sərhədlərin  müəyyənləşdirilməsi, sonrakı mərhələlərin demorkasiyasını əhatə edirdi. Bu məsələlər, çox şadıq ki, Azərbaycanın həm də öz ərazisini tam azad etdikdən sonra, suverenlik bərqərar olunduqdan sonra siyasi gündəlikdədir”. 

İlyas Hüseynov daha sonra əlavə edib ki, cənab İlham Əliyev də məhz İtaliyanın, eləcə də Avropanın nüfuzlu beyin mərkəzinin təşkil etdiyi tədbirdə Avropa auditoriyasının diqqətinə çatdırır. Bu da bizim üçün müstəsna əhəmiyyətə malikdir. Çünki Avropada bəzi dairələr var ki,  daim qarayaxma kampaniyası icra edirlər, qərəzli mövqedən çıxış edirlər və regiondakı reallıqlar təhrif olunur. Məhz bu xüsusda cənab Prezident iqtisadi prioritetlər və yeni reallıqların qazandırdıqları  fayda dividentlər haqqında fikirlərini bölüşür: “İki il öncə də məhz elə  eyni salonda, eyni beyin mərkəzinin təşkilatçılığı ilə keçirilən görüşdə cənab Prezidentin  söylədiyi məhz energetika sahəsində fikirlər geniş rezonans doğurmuşdu və bugünkü günlə də səsləşir. Eyni zamanda bu uzaqgörən və qarşıdakı zamanı əhatə eləyən fikirlər məhz hazırkı reallıqları əks etdirir”.

Top Ermənistan tərəfindədir və Ermənistan nə etməlidir sualına gəlincə isə siyasi şərhçi bildirib ki, bunu da biz qarşı tərəfin diqqətinə çatdırmışıq: “Bununla bağlı da bizim planlarımız, yol xəritəmiz hazırdır. cənab Prezidentin iki məsələni təkidlə irəli sürmüşdü. Bu, ATƏT-in Minsk qrupunun buraxılması və Ermənistan konstitusiyasının dəyişdirilməsidir. Bununla bağlı bu studiyada çoxsaylı müzakirələr keçirilib və tamaşaçılarımız da bilir ki, Ermənistan konstitusiyasının priamblı hissəsində Ermənistanın müstəqillik haqqında aktına istinad edilir və o aktda da göstərilir ki, Qarabağ ilə Ermənistan birləşib, “miatsum” ideologiyası, “Böyük Ermənistan” xülyaları. Bu gün onlar yoxdur. Əgər reallıqda yoxdursa, Ermənistanın baş naziri virtual, xəyali, uydurma mifiq Ermənistandan onları real Ermənistana qaytarmağa çalışırsa, buyursunlar səsvermə keçirsinlər, ümumxalq səsverməsi, referendum olsun və biz aydın şəkildə görək ki, Ermənistan ərazi iddialarından geri çəkilir. Çünki  biz revanş üçün heç bir əsas qoymaq istəmirik. Hakimiyyət dəyişikliyi baş versə belə,  revanş üçün bir bazis normativ əsas formalaşmamalıdır. Ona görə də bu gün məsələləri köklü surətdə həll etmək istəyirik”,- deyə İ.Hüseynov əlavə edib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər