25.04.2024, 21:27
AZ EN
24.01.2023, 13:51 310

Avropa İttifaqı hayları sevindirib

YAZILAR

Avropa İttifaqının Ermənistana iki illiyə 200 nəfərdən ibarət mülki müşahidə missiyası göndərilməsi barədə yanvarın 23-də qəbul etdiyi qərar ermənilərin sevincinə səbəb olub və bununla bağlı müxtəlif yazılar paylaşılmaqda, şərhlər verilməkdədir. Politoloq Suren Havasardyan YouTube kanalında yerləşdirilmiş qısa müsahibəsində bildirib ki, bu qərar Azərbaycanın və Rusiyanın maraqlarına zidd olduğunu görə müxtəlif dərəcəli təhlillər davam edəcək. İran isə haylarla strateji tərəfdaşlıq etdiyi üçün bu missiyanın fəaliyyəti üçün maneə yaratmayacaq.

Azərbaycanın xarici işlər nazirinin sözügedən məsələ ilə bağlı toplantıya niyə dəvət edilməməsi ilə əlaqədar sualı soylarına xas həyasızlıqla "bu avropalıların hüququdur"- deyə cavablandıran Azərbaycanşünas Lılıte Gevorkyan isə bildirib ki, ikitərəfli sazişə görə Ermənistan sərhədlərinin mühafizəsi Rusiya tərəfindən həyata keçirilməli olsa da son vaxtlar baş verən hadisələr Ermənistanı Avropaya müraciət edib kömək istəməsini məcbur etdi. Onun dediyinə görə, sözügedən missiyanın tərkibində artıq istefaya çıxmış hərbçilər də var ki, bu da keyfiyyətli müşahidə aparmaq üçün önəmlidir.

Göründüyü kimi, haylar da, avropalı bacıları da  hər növ dələduzluq etməyə öyrəncəlidirlər. O ki, qaldı hayların indi də avropalıların qoltuğuna sığınmasına, ruslar bunu bağışlamayacaq və hayların sevinci yenə yasa dönəcək.

Nəsib

Oxşar xəbərlər