22.11.2024, 12:11
AZ EN
22.01.2023, 16:25 300

Bakılı Teymur erməni İsgəndəryanın yalanını ifşa edir...

YAZILAR
  • “Mən tez-tez Aleksandr İsgəndəryanın müxtəlif müsahibələri ilə rastlaşıram. O, digər məsələlərlə yanaşı, ermənilərin Bakıya gəlmək imkanlarıının olmaması barədə də tezis səsləndirir... Amma şəxsən mən erməni millətindən olan üç nəfəri tanıyıram ki, onlar bir və ya bir neçə dəfə Bakıda olub, oradan kifayət qədər isti və xoş təəssüratlarla qayıdıblar”. Bu sözlər “news.am” erməni xəbər portalının Youtube kanalında rus dilində yayımlanan “Güc faktoru” proqramının iki gün əvvəlki buraxılışına milliyyətcə ləzgi olduğunu bildirən Teymur Mustafayevin (@TeymurNejmeddin) yazdığı şərhdəndir.

Bakıda doğulub-böyüdüyünü, 20 ildən artıqdır ki, Moskvada yaşadığını, ildə bir neçə dəfə anasına baş çəkmək üçün Azərbaycan paytaxtına gəlib-getdiyini qeyd edən Teymur Bakıya bir neçə dəfə səfər etmiş erməni tanışları haqqında belə yazır: “Onlardan ikisinin soyadı “ov”la bitir. Anası rus olan bir Moskva ermənisi ilk dəfə turist kimi Bakıya gəlib. İkinci erməninin isə anası azərbaycanlıdır və o, Bakıda xalası oğlunun toyunda olub. Hər ikisi sərhədi necə keçəcəklərindən narahat idilər, lakin hər şey insidentsiz ötüşüb. Üçüncü erməninin soyadı isə “yan”la bitir və o, iş üçün Bakıya tez-tez uçur. Hər üç erməni Bakıda olduqlarını sosial şəbəkələrdə xoş təəssüratla yazıblar”.  Teymur heç kimin fikrini dəyişdirmək fikrində olmadığını, sadəcə, vəziyyətin fərqliliyini göstərmək üçün rəyini yazdığını qeyd edib.

“Güc faktoru” proqramının sözügedən buraxılışının qonaqları Karnegi Fondunun aparıcı elmi işçisi Tomas de Vaal, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitunun aparıcı elmi işçisi Sergey Markedonov və Ermənistandakı Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan olublar.

 

Oxşar xəbərlər