Qarabağ separatçılarına 50 milyon dollar yardım olunmasını xahiş edən bu erməni təşkilatı Fransa prezidenti Makronun noyabrın 30-da Amerikada səfərdə olmasını xüsusi sevinclə qarşılayıb. Ermənilər Makrona müraciət edərək Co Baydenlə görüşündə «arsax»a yardım olunmasına kömək göstərməyi xahiş ediblər. Onlar əmindirlər ki, Co Baydenlə söhbət zamanı Makron Qarabağda yaşayan ermənilərin məsələsini də qaldıracaqdır. Ermənilərin Konqresə müraciətini bir neçə ermənipərəst konqresmen də dəstəkləyib və müvafiq orqanlara yardım üçün müraciət ediblər. Sözügedən təşkilat Avropanın müxtəlif ölkələrində də «arsax»a maddi yardım olunması üçün yalvarış dolu məktublar yazırlar. Bu isə bir daha deməyə əsas verir ki, ermənilər özlərinin mentalitetlərindəki dilənçilik peşəsini yeni ampulada davam etdirirlər.
Nəsib QARAMANLI