20.04.2025, 06:16
AZ EN
24.12.2024, 07:00 170

D-8 formatına üzvlük ölkəmizin qarşısında yeni imkanlar açacaq

YAZILAR
  • İnkişaf etməkdə olan 8 ölkənin iqtisadi əməkdaşlıq təşkilatının 1-ci samiti zamanı Azərbaycanın yetkilliklə D-8 təşkilatına üzv seçilməsi böyük nailiyyətdir. Üzvlüyün qazandıracağı imkanlar öz yerində, amma siyasi dividentlər əldə etmək üçün çox yaxşı fürsətdir. Əvvəlcə qeyd edək ki, üzvlərinin əhalisinin sayının ümumilikdə dünya müsəlmanlarının 60 faizini təşkil edən və böyük iqtisadi potensiala malik İslam 8-liyi adlanan D-8-ə Azərbaycanın qəbul edilməsi ölkəmizin regional mövqeyini gücləndirəcək.

"Bu təşkilat müstəvisində də Azərbaycan öz həqiqətlərini beynəlxalq auditoriyanın diqqətinə çatdıracaq. Bölgədə baş verən proseslərlə vağlı bizim çıxış etmək imkanımız formalaşacaq və qardaş Türkiyə, Pakistan, İran, İndoneziya, Nigeriya kimi dövlətlərin Azərbaycanın namizədliyini dəstəkləməsi həm də onun ifadəsidir ki, Azərbaycan beynəlxalq birliyin tam hüquqlu sarsılmaz üzvüdür".

Bunu politoloq İlyas Hüseynov açıqlamasında deyib. O, bildirib ki, digər tərəfdən, Azərbaycanın D-8-in tamhüquqlu üzvü olmasının xarici siyasətdə Azərbaycanın müstəqil aktr kimi çıxış etdiyini göstərir:

"Onu demək kifayətdir ki, Qoşulmama Hərəkatına 4 illik sədrliyimiz, Türk Dövlətləri Təşkilatında çox vacib əhəmiyyətli dövrdə olan sədrliyimiz, COP29 tədbirinin uğurla keçirilməsi və qlobal iqlim dəyişikliyi fonunda Azərbaycanın planetlər əhəmiyyətli təşəbbüsləri, Bakı iqlim hədəflərinin müəyyənləşdirillməsi, Bakı irəliləyişi adını almış iqlim maliyyələşməsi ilə bağlı böyük sıçrayışın əldə edilməsi onu deməyə əsas verir ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində çox əhəmiyyətli bir geosiyasi aktrdır. Bu baxımdan Azərbaycanın namizədliyini dəstəkləyən dövlətlərlə bizim ikitərəfli müstəvidə çox yaxşı, sıx bərabər hüquqlu mübasibətlərimiz vardır və bu Azərbaycanın namizədliyini dəstəkləmək üçün kifayət qədər əhəmiyyətli əsaslar hesab olunur".

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər